London və Vaşinqton arasında bu həftə imzalanmış ticarət razılaşmasına baxmayaraq, Birləşmiş Ştatlar yaxın gələcəkdə Britaniyaya tarifləri 10%-dən aşağı endirmək niyyətində deyil.
Banco.az xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik deyib.
"Biz 10%-lik baza tarifinin yaxın gələcəkdə qalacağını gözləyirik. 10%-dən aşağı düşməyəcəyik”,- ticarət naziri deyib.
Eyni zamanda, Latnik qeyd edib ki, Vaşinqton tariflər məsələsində çeviklik nümayiş etdirmək niyyətindədir.
"Məsələn, polad, alüminium və təyyarə hissələrinə tariflər tətbiq etməyəcəyimizi söylədik ki, Boeing-ə güc verən Britaniya təyyarələri Rolls-Royce mühərriklərinin tədarükü davam etsin",- deyə ticarət naziri deyib.
Mayın 8-də Birləşmiş Ştatlar və Böyük Britaniya ticarət sazişi imzaladıqlarını elan etdilər.
Sazişə əsasən, Vaşinqton Britaniyanın avtomobil məhsullarına rüsumları 27,5%-dən 10%-ə endirəcək. Britaniya mallarının ABŞ-a idxalı üçün yeni qaydalar tezliklə qüvvəyə minəcək.