ABŞ Avropa İttifaqına 25 faiz gömrük vergisi planlaşdırır | Banco.az

ABŞ Avropa İttifaqına 25 faiz gömrük vergisi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) qarşı gömrük rüsumlarını açıqlayacaqlarını bəyan edərək 25 faizlik tarif tətbiq etməyə qərar verdiklərini bildirib.

Banco.az xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi ilk kabinet iclasında gündəmlə bağlı açıqlamalar verib.

Kanada və Meksikaya tətbiq olunan tarifləri dayandırmayacağını bildirən Tramp bu ölkələr vasitəsilə ABŞ-a gətirilən fentanil səbəbindən milyonlarla insanın öldüyünü iddia edib.

Tramp, "Tariflər davam edəcək, hamısı deyil, amma çoxu" ifadəsini işlədərək, 2 aprel tarixindən etibarən Kanada və Meksikaya tətbiq olunan tariflərlə yanaşı, digər bütün tariflərin də qüvvəyə minəcəyini qeyd edib.

Avropa İttifaqına tətbiq olunacaq gömrük vergiləri ilə bağlı suala cavab verən Tramp, "Bir qərar verdik, çox tezliklə açıqlayacağıq və ümumilikdə 25% olacaq. Bu, avtomobillərə və digər məhsullara tətbiq ediləcək. Avropa İttifaqı ABŞ-ı məhv etmək üçün qurulub, amma indi mən prezidentəm", deyib.

Tramp Aİ-nin cavab tədbirləri görməyə çalışacağını, lakin bunun uğurlu olmayacağını vurğuladı və belə bir vəziyyətdə artıq oradan idxal etməyəcəklərini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram