Müəllifa:Mehin Qasımova,Banco.az
Tramp administrasiyası ABŞ Beynəlxalq Ticarət Məhkəməsinin qərarını hökumətin diplomatiyasına xələl gətirdiyi və Trampın səlahiyyətinə müdaxilə etdiyi səbəbi ilə şikayət etmişdi.
Banco.az xəbər verir ki, ABŞ-ın apellyasiya məhkəməsi Trampın tariflərinin hələlik qüvvədə qalmasına icazə verib.
Apellyasiya məhkəməsinə edilən müraciətdə deyilir ki, qərar Prezidentin əlini ciddi şəkildə sıxaraq və davam edən danışıqlar üçün əsasları zəiflədərək onlarla ölkə ilə davam edən danışıqları təhlükə altına alır.
Müraciətdə qərarın dayandırılmasını tələb edən ABŞ rəhbərliyi, apelyasiya məhkəməsinin ən azı müvəqqəti saxlama qərarı vermədiyi halda, "düzəldilməz milli təhlükəsizlik və iqtisadi zərərin qarşısını almaq" üçün sabah Ali Məhkəməyə müraciət etməyi planlaşdırdığını açıqladı.
Qərarda qeyd olunub ki, qarşılıqlı əsaslı tariflər gömrük rüsumları vasitəsilə idxalı tənzimləmək üçün Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) ilə Prezidentə verilən səlahiyyətləri aşır.
Qərarda qeyd edilirdi ki, Konstitusiya ticarəti tənzimləmək və vergi tətbiq etmək üçün Konqresə yeganə səlahiyyət verir və etiraz edilən tarif qərarlarının ləğv ediləcəyi və onların icrasının daimi olaraq bloklanacağı bildirilir.