Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ: Aİ ilə ticarət danışıqları sürətlə gedir.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyindən (USTR) verilən açıqlamaya görə, Ceymison Qrer İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Nazirlər Şurası iclası çərçivəsində ABŞ ilə Avropa İttifaqı arasında davam edən ticarət danışıqlarını müzakirə etmək üçün Avropa Komissiyasının ticarətdən məsul üzvü Maros Şefçoviçlə görüşüb.
Açıqlamada Qrerin fikirlərinə də yer verilib. O bildirib ki, keçən həftə Aİ, qarşılıqlılıq prinsipinə əsaslanan ticarətlə bağlı danışıqlar üçün ABŞ-a "etibarlı bir başlanğıc nöqtəsi" təqdim edib və danışıqların sürətlə irəliləməsindən məmnunluq duyur.
Qrer deyib:
“Bu gün Parisdə keçirilən və Vaşinqtondakı komandalarımızın texniki danışıqları ilə eyni vaxtda baş tutan görüş olduqca məhsuldar keçdi və Aİ-nin qarşılıqlılıq prinsiplərinə əsaslanan ticarətin təmin olunması üçün bizimlə işləməyə həvəsli olduğunu göstərdi.”
Qrer qarşıdakı günlər və həftələrdə səmərəli təmasların davam edəcəyini səbirsizliklə gözlədiyini əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!