ABŞ 100-ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək | Banco.az

ABŞ 100-ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

ABŞ Vaşinqtonla yaxşı niyyətlə ticarət danışıqları aparan ölkələrə 10% gömrük rüsumu tətbiq edəcək.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

"Prezident  vicdanla danışıqlar aparanları mükafatlandırmaq istəyir. Düşünürəm ki, 100-ə yaxın ölkə olacaq ki, onlar minimum 10% cavab rüsumunu alacaqlar və sonra biz bunu görəcəyik", Skott Bassent deyib.

Bessent, ticarət müqavilələrinin bağlanması üçün iyulun 9-na qədər qalan həftənin ABŞ və digər ölkələr arasında "sövdələşmələr kaskadını" görə biləcəyini söylədi.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Həmin gün ABŞ prezidenti bəzi cavab rüsumlarının 90 gün müddətinə dayandırıldığını elan edib ki, bu da Ağ Evin izah etdiyi kimi, ticarət məsləhətləşmələri ilə bağlıdır. Bu müddət ərzində 10% universal tarif qüvvədədir. İyunun 27-də Tramp aydınlaşdırıb ki, ABŞ təqribən həftə yarım ərzində ayrı-ayrı sazişlər imzalamayacağı bir sıra ölkələrə ikitərəfli ticarətin gələcək şərtləri, yəni onların Amerika bazarına tədarük etdikləri mallara görə rüsum dərəcələri barədə məlumat verəcək.