“ABB Maliyyə Qrupuna daxil olan “ABB Moskva” Bankının, “ABB İnvest” şirkətinin, Azərikard prosessinq mərkəzinin də inkişaf strategiyaları hazırlanıb və icra edilir”.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov müsahibəsində deyib.
Onun sözlərinə görə, onların icrası ABB-nin ümumi inkişaf layihələri ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilir: “ABB-nin strateji layihələri birbaşa, yaxud dolayısı ilə törəmələrimizi də inkişaf etdirir. Eyni zamanda birgə fəaliyyət bizə müştərilərimizə, tərəfdaşlarımıza inteqrasiya olunmuş universal xidmətlər təqdim etmək imkanı yaradır”.
Tam müsahibəni oxumaq üçün linkə keçid edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!