ABB mobile tətbiqi daha da etibarlı oldu | Banco.az

ABB mobile tətbiqi daha da etibarlı oldu

ABB yeni təhlükəsizlik tədbirləri ilə ABB mobile tətbiqinin etibarlılığını maksimum səviyyəyə yüksəldir. Müştərilərin vəsaitlərinin təhlükəsizliyi üçün tətbiqdə qeydiyyat prosesi daha da gücləndirilib. Artıq qeydiyyata SİMA identifikasiyası da əlavə olunub. Belə ki, tətbiqdə qeydiyyatdan keçmək istəyən hər bir istifadəçi kimliyini SİMA ilə də təsdiqləməlidir. Bu isə ikili autentifikasiya yaradaraq müştərilərin vəsaitlərini fırıldaqçılıq cəhdlərindən qoruyur. ABB mobile tətbiqinin hər bir istifadəçisi bu imkandan istifadə edə bilər.

Qeyd edək ki, ABB mobile tətbiqi Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO:IEC 27001:2022 sertifikatına malikdir. “İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı” adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra ötən ilin sonlarında təqdim olunub. Bu beynəlxalq sertifikat da ABB mobile tətbiqi istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə edildiyini göstərir.

ABB mobile 2020-ci ildən müştərilərin istifadəsindədir. Hazırda tətbiqin 2 milyona yaxın istifadəçisi var.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.