“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə təyinat | Banco.az

“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə təyinat

ABB-nin törəmə maliyyə təşkilatı “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni sədr seçilib.

Səhmdarların ümumi yığıncağının qərarı ilə bu vəzifəyə Aqşin Əmirov təyin edilib.

Aqşin Zəkaray oğlu Əmirov 1978-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsini bitirib.

2013–2014-cü illərdə Böyük Britaniyada yerləşən “London Business School”-da MBA dərəcəsi alıb.

2004–2016-cı illərdə “Bank Respublika” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2007–2016-cı illərdə bankın İdarə Heyətinin üzvü və sədr müavini olub.

2016-cı ildən etibarən ABB-nin İdarə Heyəti sədrinin müavini, bankın Baş risk inzibatçısıdır.

Xatırladaq ki, “ABB-İnvest” 2020-ci ilin iyun ayında ABB (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən yaradılıb. Şirkətin nizamnamə kapitalı 3 milyon manatdır.