9 ayda Mərkəzi Bankda 71 valyuta hərracı keçirilib | Banco.az

9 ayda Mərkəzi Bankda 71 valyuta hərracı keçirilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin 9 ayında Azərbaycan Mərkəzi Bankında keçirilmiş valyuta hərraclarının sayı açıqlanıb.

Banco.az AMB-ynin “Pul siyasəti icmalı”na istinadən xəbər verir ki, Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 71 valyuta hərracı baş tutub.

Məlumata görə, hesabat dövründə valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram