2026-cı ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı | Banco.az

2026-cı ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

2026-cı ildə təşkil olunacaq “Formula-1” üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.

Beynəlxalq Avtomobil Federasiyası və “Formula-1” təşkilatçıları növbəti ilin təqvimini açıqlayıblar.

Bakıdakı yarış sentyabrın 25-27-si aralığında gerçəkləşəcək.

Qeyd edək ki, 2026-cı ildə “Formula-1” təqvimi yenə 24 mərhələdən ibarət olacaq. Bu il Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.