2018-ci ilin martında ödəniş kartlarının dinamikası | Banco.az

2018-ci ilin martında ödəniş kartlarının dinamikası

Mərkəzi bankının saytına istinadən 2018-ci ildə ödəniş kartlarının ümumi sayı 5 milyon 933 min ədəd təşkil edir. 2018-ci ilin birinci və ikinci ayına nəzər salsaq, kartların həcmində artım müşahidə edəcəyik. 

Tarix

Kartların ümumi sayı

(min, ədəd)

2018 Yanvar

5820

2018 Fevral

5890

2018 Mart

5933

2018-ci ilin mart ayına olan göstərici keçən ilin mart ayından 8% çoxdur, belə ki 2017-ci ilin mart ayında ödəniş kartlarının sayı 5 milyon 496 minə bərabər idi.

Debet və kredit kartlarının sayına gəldikdə isə, 2018-ci ilin martında ölkədə olan ödəniş kartlarının 88%-i debet, 12%-i kredit kartıdır.

Debet kartlar (min, ədəd)

Debet kartlarının ümumi sayı

(min,ədəd)

Kredit kartlar (min, ədəd)

2513

1893

814

5220

713

42%

32%

14%

88%

12%

Aparılan əməliyyatların sayı və həcminə gəldikdə isə, keçən ilin martına nisbətən bu il artım müşahidə olunur. Belə ki, 2017 ci ilin mart ayında ödəniş kartları ilə aparılan əməliyyatların sayı 8 milyon 465 min ədəd olmasına baxmayaraq hazırda bu göstərici 17% daha çox, yəni 9 milyon 944 min ədəd təşkil edir.  Təqribən eyni artım əməliyyatların həcmində də müşahidə olunur, belə ki keçən ilin martında 1 milyard 323 milyon manat olan göstərici hal-hazırda 1 milyard 519 milyon manatdır.

Xəzər Aslanov. Banco.az