Əgər məsafədən çalışmağın növbəti mərhələsinin necə ola biləcəyini bilmək istəyirsinizsə, “eXp Realty” şirkəti ilə tanış olun.
Həmçinin oxu: Hansı adları şirkət adı olaraq istifadə etmək OLMAZ?
“eXp Realty” şirkəti əslində, ənənəvi daşınmaz əmlak agentliyidir. Şirkətin müştərilərə ev almağa və ya öz evlərini satmağa kömək edən mindən çox lisenziyalı agenti fəaliyyət göstərir və şirkət olduqca uğurlu dövr keçirir. Şirkətin səhmlərinin dəyəri ötən ildən bəri təqribən dörd dəfə artıb və hazırda bazar dəyəri 610 milyon dollardan yüksəkdir.
Onu digərlərindən fərqləndirən cəhət isə olduqca maraqlıdır. Belə ki, şirkət iclaslar, təqdimatlar və ya texniki yardım üçün agentlərini bir araya topladığı ofislərdən istifadə etmir, əvəzində isə şirkətin 13 min agenti və 200 işçi heyəti virtual ada vasitəsilə işləyirlər. Şirkətin Vaşinqton ştatının Uatkom əyalətinin inzibati mərkəzi Bellinqhamda yerləşən baş ofisi hüquqi proseduraya uyğun olaraq formal xarakter daşıyır, çünki əsl iş virtual mühitdə icra olunur.
Şirkətdən bildirilir ki, virtual ofis vasitəsilə işləməyin bir çox üstünlükləri vardır. Belə ki, bir ayda təqribən 8000 ziyarətçi sayta daxil olur.
Şirkətin baş texniki direktoru Scott Petronis daxili rabitənin asanlığına diqqət çəkərək bildirir ki, onlar fiziki vasitələrlə əldə edə bilməyəcəkləri üstünlüklərə sahibdirlər.
Bu üsulla həm işçilər hava şəraitlərindən asılı olmadan çalışır, həm ofisin böyüklüyü nəzərə alınmadan istənilən sayda işçi cəlb edilə bilir, həm də istedadlı kadrlarla əməkdaşlıq etmək üçün coğrafi məhdudiyyətlər onlara mane olmur.
Həmçinin oxu: Komanda ruhunu inkişaf etdirmək üçün qeyri-adi üsullardan istifadə edən 5 məşhur rəhbər
İndi isə sizi sözügedən iş strukturu ilə tanış edək.
Sayta daxil olub qeydiyyatdan keçdikdə sizi ilk öncə özünüzə bənzəyən insan surəti qarşılayır.
Növbəti mərhələdə siz xarici aləmə çıxırsınız və burada sizi baş texniki direktor Scoot Petronis və Marketinq meneceri Mitch Robinsonun bələdçiliyi gözləyir.
Proqram daxilində hərəkət etmək olduqca asandı, siz sadəcə istiqaməti seçirsiniz və ya oxları izləyirsiniz. Kimsə sizinlə danışmağa başlayanda açıq mavi rəngli dairəvi işıq yaranır və siz bilməlisiniz ki, bu bələdçilərin səsidir.
Daha sonra siz onlarla eyni masa arxasında əyləşib müzakirələr edə bilirsiniz. Danışıqlardan sonra ətraf ərazilərdə səfərə çıxırsınız. Sağ tərəfdə xidməti personalın virtual binası yerləşir. ABŞ və Kanada bayraqlarının sancıldığı göydələnlər isə dəllallıq əməliyyatlarının icra olunduğu, personalın ofislərinin yerləşdiyi və birgə çalışma yerlərinin olduğu binalardır.
Daha sonra “İrəlilə” (Go To) bölməsindən gediləcək növbəti destinasiya seçilir. Otaqları ziyarət edə və ya sürət gəmisi vasitəsilə gəzinti seçə bilərsiniz.
Proqramın həm kompüter, həm də mobil telefonlar üçün olan versiyası var. Ancaq mobil versiyanın bəzi çatışmazlıqları var, belə ki, siz yalnız danışıqlara qulaq asa bilirsiniz, virtual dünyanı isə görmürsünüz.
Saytda keçirdiyiniz vaxt ərzində virtual kampusun olduqca maraqlı təcrübə olduğunu görəcəksiniz. Bununla yanaşı, milyon dollarlıq bir şirkətin işçilərinin qarşılıqlı fəaliyyətinin nə dərəcədə təmin olunması isə sual doğuran məsələdir.
Həmçinin oxu: Dünyanın ən qeyri-adi ofisləri
Tamara Mustafayeva, Banco.az