1 həftəyə 38 mln kapital cəlb edə biləcəkmi?
Banco.az Bakı Fond Birjasına istinadən bildirir ki. Kövsər Bank ASC səhmlərini satışa çıxarıb.
“Kövsər Bank” ASC -nin adi sənədsiz adlı səhmlərinin “Bakı Fond Birjası” QSC-də (BFB) 25 dekabr 2014-cü il tarixindən etibarən yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi |
AZ1001004840 |
Emissiyanın həcmi |
38 000 000 AZN |
Qiymətli kağızın miqdarı |
190 000 |
Nominal dəyəri |
200 AZN |
Anderrayter |
« Brokdil -AZ » MMC |
Üstünlük hüququ müddətinin bitməsi tarixi |
Nəzərdə tutulmayıb |
Yerləşdirmənin başa çatma tarixi |
25.12.2015 |
Qeyd edək ki, emissiya prospektinin 25-ci bəndindəki dəyişikliyə əsasən Qiymətli Kağızlar bazarının peşakar iştirakçısı kimi “Brokdil-AZ” MMC çıxış etmişdir.
Səhmlərinin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.