Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin baş Mütəxəssisi
Təsvir
· Bölməyə daxil olan sorğuları təhlil etmək, araşdırmaq və müvafiq tədbirlər görmək;
· Kartlar və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq
insidentlərini təhlil etmək, trendləri izləmək və qabaqcıl təcrübələri tətbiq
etmək;
· Mövcud riskləri müəyyən etmək və risklərin azaldılması üzrə
tədbirlər planının hazırlanmasında iştirak etmək;
· Dələduzluqla mübarizə sistemlərində nəzarət mexanizmlərini
təkmilləşdirmək;
· Bölmənin səlahiyyətinə aid daxili və xarici sorğuları idarə
etmək;
· Daxili prosedurların, təlimatların və siyasətlərin
təkmilləşdirilməsində iştirak etmək;
· Rəqəmsal dələduzluq hallarının araşdırılmasına dəstək olmaq,
saxtakarlıq sxemlərini müəyyən etmək və onların qarşısının alınması üçün
təkliflər vermək;
· Trendləri izləmək, mövcud və potensial saxtakarlıq sxemlərini
müəyyən etmək və proqnozlaşdırmaq üçün analitik alətlərdən istifadə etmək;
· Dələduzluqla mübarizə üzrə playbook-lar hazırlamaq;
· Analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
· Erkən xəbərdarlıq sistemini qurmaq;
· Əsas risk indikatorlarını hazırlamaq.
Tələblər
- Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr dərəcəsi;
- Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində dərin biliklər;
- Hüquqi və texniki sənədlərlə (playbook, FAQ və s.) işləmə təcrübəsi;
- Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sektorunda minimum 3 il iş təcrübəsi;
- Xarici dil bilikləri: ingilis dili (texniki terminologiya səviyyəsində), rus dili biliyi (arzuolunandır);
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğuların idarə olunması sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
- SQL (Oracle) üzrə biliklərin olması;
- Güclü analitik düşünmə qabiliyyəti, məxfi məlumatlarla işləməkdə yüksək məsuliyyət və etibarlılıq;
- Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı.
Müraciət üçün daxil olun
