KOB ofisi və Rəqəmsal filialında Kiçik və Orta Biznes Kreditlərinin satışı üzrə təcrübəçi | Banco.az
Azər Türk Bank

KOB ofisi və Rəqəmsal filialında Kiçik və Orta Biznes Kreditlərinin satışı üzrə təcrübəçi

Vakansiya haqqında məlumat: 

Təsvir

Təcrübə proqramında iştirak etməklə nə əldə edəcəksiniz?

  • KOB məhsulunun əldə edilməsi ilə bağlı tələblərin sahibkarlara çatdırılması yollarını;
  • KOB müştərilərinin bank məhsuluna olan ehtiyacının müəyyən edilməsini;
  • Müştəri ehtiyaclarının idarə olunmasını;
  • Satış bacarıqların formalaşdırılmasını ;
  • KOB kredit sahəsində öyrənilən yeni bilik və bacarıqların birbaşa tətbiq olunmasını;

Qeyd: Təcrübə proqramının müddəti 3 aydır.

Tələblər

Kimi Axtarırıq?

  • Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
  • Azərbaycan dilində səlis danışma, yazma bacarığı (xarici dili arzuolunandır);
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Ünsiyyət qurma bacarığı;
  • Komandada işləyə bilmə bacarığı;
  • Ərazidə işləyə bilmə bacarığı;
  • Stresə davamlılıq.

 Karyeranızı növbəti mərhələyə keçirməyə hazırsınızsa, vakansiyamıza müraciət edin! 

 

Müraciət üçün daxil olun