“Gəncə” filialı, Kreditlərin inzibatçılığı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

“Gəncə” filialı, Kreditlərin inzibatçılığı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC  “Gəncə” filialı, Kreditlərin inzibatçılığı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

“Gəncə” filialı, Kreditlərin inzibatçılığı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi

İş barədə məlumat:

  • Bütün növ kredit məhsullarının rəsmiləşməsini həyata keçirir;
  • Kredit şərtlərinin bankdaxili sənədlərə əsasən qəbul edilmiş səlahiyyətli şəxslərin/orqanların/qurumların qərarlarına  uyğun rəsmiləşməsini təmin edir;
  • Müvafiq struktur bölmələri ilə birgə yeni yaradılan kredit məhsullarının rəsmiləşməsi    prosesinə dair təkliflər verir;
  • Bankdaxili sənədlərə əsasən səlahiyyətli  şəxslər/orqanlar/qurumlar tərəfindən verilməsi təsdiqlənmiş kreditlərin Azərbaycan Respublikasının qanunvericiliyinə eləcə də Bankın daxili qaydalarına uyğun  rəsmiləşməsini təmin edir;
  • Müştərilərin kredit dosyelərini komplektləşdirir, sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi və bankdaxili qaydalara uyğun toplanmasını və hazırlanmasını təmin edir;
  • Kredit moduluna məlumatları daxil edir;
  • İpoteka müqavilələrinin, girov müqavilələrin (notarial təsdiqi həyata keçirildiyi təqdirdə) notarial təsdiqində iştirak edir;
  • Girovun (ipotekanın) dövlət reyestrində qeydiyyatı üçün müraciətlər hazırlayır;
  • Səlahiyyətli şəxsin və filial müdirinin bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Bank Qanunvericiliyinə dair ümumi biliklər;
  • Ən azı 1-5 il sahə üzrə təcrübə;
  • MS Office proqramlarında işləmək biliyi;
  • Ünsiyyət qurma bacarığı;
  • Vahid komandada işləmək qabiliyyəti.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  • Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
  • Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Gəncə” filialı, Kreditlərin inzibatçılığı şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.