Unibank
Anderraytinq üzrə Baş Mütəxəssis/Ekspert
Vakansiya haqqında məlumat:
Təsvir
- Müştərinin maliyyə vəziyyətinin, pul axınlarının, biznes modelinin və kredit tarixçəsinin dərin analizi;
- Risk amillərinin müəyyən edilməsi və qiymətləndirilməsi;
- Məbləğin, müddətin, faiz dərəcəsinin, təminatın, kovennatların və ödəniş qrafikinin optimallaşdırılması;
- Bankın risk iştahası və siyasətinə uyğun təkliflərin hazırlanması;
- Hər bir müraciət üzrə peşəkar anderraytinq rəyi və kredit memorandumunun verifikasiyası;
- Qərarverici komitələr üçün əsaslandırılmış tövsiyələrin verilməsi;
- Girovların keyfiyyətinin, likvidliyinin, hüquqi statusunun və adekvatlığının yoxlanılması;
- LTV, coverage və digər əsas göstəricilərin hesablanması;
- Monitorinq və Risk idarəetməsi bölmələrindən daxil olan məlumatların nəzərə alınması;
- Problemli və sərhədli (borderline) əməliyyatların müzakirələrində iştirak edilməsi;
- Mərkəzi Bankın normativlərinə, daxili kredit siyasətinə, limit və səlahiyyət matrislərinə uyğun qərar tövsiyələrinin verilməsi;
- Anderraytinq standartlarının təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Kredit portfeli keyfiyyətinə təsir edən qərarların monitorinqi.
Tələblər
- Ali təhsil (maliyyə, bank işi, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
- Bank sektorunda minimum 3–5 il müvafiq sahədə iş təcrübəsi (anderraytinq, korporativ / KOB / mikro kreditləşmə, risklərin idarə edilməsi);
- Peşəkar sertifikatlar (ACCA, CFA, FRM və s.) üstünlük hesab olunur;
- Kompleks kredit əməliyyatları, təminatlı və təminatsız məhsullar üzrə praktiki təcrübənin olması;
- Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti) təhlili üzrə güclü biliklər;
- Kredit risklərinin qiymətləndirilməsi metodologiyaları, DTI, DSCR, LTV və digər əsas göstəricilərin hesablanması üzrə biliklər;
- Təminatların növləri, qiymətləndirilməsi və hüquqi tələblər barədə anlayışın olması;
- Mərkəzi Bankın normativləri, bankın daxili kredit siyasəti və səlahiyyət matrisləri ilə işləmək bacarığı;
- MS Excel və digər analitik alətlərlə sərbəst işləmək bacarığı;
- Bankın DMS/LOS sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
- Güclü analitik düşüncə və risk yönümlü yanaşma.
Müraciət üçün daxil olun
