“Yığım” əmanəti ilə gələcəyinizi təmin edin | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Yığım” əmanəti ilə gələcəyinizi təmin edin

“DəmirBank” insanlara gələcək maliyyə durumunu sığortalamağa, vəsaitlərinin təhlükəsizliyini təmin etməyə və  yığımla yanaşı faiz gəliri əldə etmələrinə yardımçı olmaq məqsədilə “Yığım” əmanətini təklif edir. Belə ki, minimum 10 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı açmaqla gələcəyinizi təmin edə bilərsiniz. Bununla yanaşı, “Yığım” əmanətinin, istənilən  zaman əmanət məbləğini artırmaq, sığortalamaq, eyni zamanda cəriməsiz tam və ya qismən çıxarmaq kimi üstünlükləri də var.

Maksimum 20 il müddətə açılan “Yığım” əmanətini manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. “Yığım” əmanət məbləğinə illik 5 faiz hesablanır.

Qeyd edək ki, əmanət məbləği 10 min manat və ya ABŞ dollarını keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ “DəmirBank”ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.