Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Unibank» ASC-nin imtiyazlı sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.Bakı Fond Birjasından verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,72 manat, sayı 2 205 900 ədəd, emissiyanın ümumi həcmi isə 6 000 048 manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Sözügedən qiymətli kağızlar yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 9,3% artaraq 70,565 mln. manata çatacaq.Yerləşdirmədə anderrayter qismində «Unicapital» ASC çıxış edəcək.
«Unibank» nizamnamə kapitalını artırır

