Bolkart-dan 7 Günə 7 Hədiyyə! | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bolkart-dan 7 Günə 7 Hədiyyə!

Bank of Baku, Bolkart sahibləri üçün yeni il ərəfəsində “7 Günə 7 Hədiyyə” adlı kampaniyaya start verir.

25-31 dekabr tarixlərini əhatə edən kampaniya çərçivəsində hər gün bir müştərinin hədiyyə qazanmaq şansı olacaq. Kampaniyada yalnız 28 Mall Ticarət Mərkəzində yerləşən Bolkart partnyor mağazalarında alış-veriş edən müştərilər iştirak edə bilər.

Bir həftə davam edəcək kampaniyanın şərtlərinə görə hər günün yekununa əsasən ən çox məbləğdə alış-veriş edən şəxs qalib elan olunur və Gigaset A220 modeli əldə edir. Kampaniyanın sonuncu, yəni 7-ci günü də daxil olmaqla bütün dövr ərzində ən çox məbləğdə alış-veriş edən bir müştəriyə isə İpad mini hədiyyə olunur. Qaliblərin mükafatlandırılması hər növbəti gün 28 Mall-da yerləşən Bolkart stendində aparılacaq.

Kampaniya həm köhnə, həm də yeni Bolkart kartları – Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond ilə aparılmış alış-verişlərə şamil olunur.

Bolkart partnyor şəbəkəsi haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bolkart.az

www.facebook.com/bolkart