Bank VTB (Azərbaycan) xidmət şəbəkəsini genişləndirir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bank VTB (Azərbaycan) xidmət şəbəkəsini genişləndirir

İyun ayının 17-dən etibarən Bank VTB (Azərbaycan) MilliÖN (PayPoint) terminalları (köşkləri) vasitəsilə kredit ödənişləri həyata keçirilməsi xidmətini istifadəyə verəcəkdir. Bu barədə saytımıza daxil olan məlumatda bilidirilir. 

Qeyd edək ki, VTB (Azərbaycan) müştəriləri artıq «Komtec Ltd» şirkətinin MilliÖN terminalları vasitəsilə kredit ödənişləri edə bilərlər.

Onu da nəzərinizə çatdıraq ki, bu halda kredit ödənişləri üzrə komissiya tutulmayacaq.

Bank VTB (Azərbaycan) ASC-nin Şəbəkənin inkişafı idarəsinin rəisi Toğrul Əliyev: “Bizim xidmətlərdən istifadə zamanı əhalinin rahatlığını artırmaq məqsədilə VTB (Azərbaycan) pərakəndə şəbəkəni genişləndirir. MilliÖN terminalları vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsi bizim müştərilərə xidmət şəbəkəmizi xeyli genişləndirmişdir. MilliÖN köşkləri vasitəsilə müştərilər günün istənilən vaxtında kredit üzrə borclarını ödəyə bilərlər. Xatırladım ki, MilliÖN  terminalları gündəlik olaraq ölkə əhali tərəfindən istifadə olunur və insanların sıx toplaşdığı yerlərdə quraşdırılmışdır: metro stansiyalarında və yeraltı keçidlərdə, supermarketlərdə, ticarət, əyləncə və biznes mərkəzlərində, hava və dəniz limanlarında, dəmir yolu və avtovağzallarda, yanacaq doldurma məntəqələrində və s.”