Bank BTB-dən DİN əməkdaşları üçün kampaniya | Banco.az

Bank BTB-dən DİN əməkdaşları üçün kampaniya

Bank BTB 2 iyul Daxili İşlər Nazirliyi Əməkdaşlarının peşə bayramı münasibəti ilə 1 iyuldan 31 iyuladək güzəştli kredit kampaniyası elan edir.

Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində 3000 manatadək kreditlər zaminsiz veriləcək. Əlavə güzəşt olaraq, kredit 0 faiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5000 AZN-dır.

Bank BTB-nın  kampaniyasına  həm də DİN-in sıralarından təqaüdə çıxmış əməkdaşlarda qoşula bilərlər. Belə ki, güzəştli və zaminsiz “Nağd pul” kreditini Bank BTB-nın Baş ofisindən və bütün filiallarından almaq olar. Qeyd edək ki, hal hazırda Bank BTB 10 filial, 7 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az  və ya bankın www.facebook.com/bankbtb  ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.