Bank “BTB” ASC inkişaf strategiyası çərçivəsində qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirərək yeni “Neftçilər” filialını müştərilərin xidmətinə verdi. Yeni filial Nizami rayonu, R.Rüstəmov küçəsi, 25/63 ünvanında yerləşir. Filialda müştərilərə geniş çeşiddə bank məhsulu və xidmətləri təklif olunur. Bura istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri daxildir. Qeyd edək ki, “Neftçilər” filialı bankın cari ildə yeni açılmış 4-cü filialıdır və bank strateji plana əsasən xidmət şəbəkəsini artırmağa davam edəcək.Bank “BTB” ASC 2010-cu ildə təsis edilmişdir (lisenziya №254). Məhsul və xidmətlər barədə ətraflı məlumat almaq üçün www.btb.az saytına və ya bankın https://www.facebook.com/bankbtb ünvanında olan facebook səhifəsinə müraciət edə bilərsiniz.
Bank "BTB" ASC-nın yeni filialı açıldı

