Bu gün Bakıda ölkəmizdə ilin ən böyük sığorta tədbiri olan ənənəvi Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) öz işinə başlayıb. İki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir.
Forumun rəsmi açılış mərasimində maliyyə naziri Samir Şərifov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov iştirak edib. Daha sonra tədbir konfransla davam edib.
***
Konfransın 1-ci hissəsi “Cari reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri” mövzusuna həsr olunub, bununla bağlı çıxışlar dinləniləcək. 2-ci hissədə “Qafqaz regionunda əmlak sığortası”, 3-cü hissədə isə “Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları” mövzularında müzakirələr aparılacaq.
Forumun ilk günündə həmçinin ikitərəfli görüşlərin və rəsmi qəbulun keçirilməsi nəzərdə tutulub. Sabah isə tədbir paralel keçirilən 2 seminarla davam edəcək. Seminarlardan biri “Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar” mövzusunda, digəri isə “Bank sığortası və həyat sığortası” mövzusunda təşkil olunacaq.
Forumun 2-ci günündə həmçinin ikitərəfli görüşlərin, eləcə də sığortaçılar üçün simvolik Avropa Oyunlarının (boulinq yarışmasının) daxil olduğu xüsusi gecənin təşkil edilməsi planlaşdırılır.
Sayca altıncı olacaq builki Forum Qafqaz regionunda sığorta və təkrarsığorta bazarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir. Forum iştirakçılar arasında interaktiv ünsiyyətə istiqamətlənmiş platforma olmaqla, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
Ümumilikdə AİİF-2015-də 25-dən çox ölkənin 70 şirkətinin 250-dən çox nümayəndəsi iştirak edir. Bunlardan 101-ci xarici iştirakçılardır. Onların arasında dünyanın məşhur “Swiss Re”, “Munich Re”, “Hannover Re”, “Scor”, “Allianz”, “Ace Group” “Jardine Lloyd Thompson Group”, “Deloitte”, “Standard and Poor's”, “Audatex” və digər şirkətlərinin yüksək təmsilçiləri var. İştirakçılardan 141-i isə yerli sığorta bazarını təmsil edir. Bunlar ölkədəki 26 sığorta, 1 təkrar sığorta, eləcə də broker şirkətlərinin nümayəndələridir. Həmçinin foruma beynəlxalq təşkilatların və müxtəlif assosiasiyaların (ictimai birliklərin) təmsilçiləri qatılıb.
Forumun sponsorları arasında 10 yerli, 7 xarici şirkət var. Bu baxımdan İsveçrənin təkrarsığorta nəhəngi “Swiss Re” şirkəti, eləcə də bütün dünyada sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi ilə məşğul olan “Audatex” şirkəti xüsusi qeyd olunmalıdır.
VI Аzərbaycan Beynəlxalq Sığorta Forumu proqramı
Cümə axşamı, 2 iyul
09:00 - 09:30 Qeydiyyat və qarşılama
09:30 – 10:00
Rəsmi açılış
Konfrans, I hissə:
Cari reallıq çərçivəsində Sığorta və Təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri
- 2015 - Qafqaz regionunda yeni tendensiya və reallıqlar
- Yeni biznes sahələri – qeyri-həyat sığortası, həyat sığortası, icbari sığorta.
- Qafqaz regionunda sığorta sahəsində investisiya imkanları
11:00 – 11.30 Fasilə
11:30 - 13:30 Konfrans, II hissə:
Qafqaz regionunda əmlak sığortası
- Risklər və sığorta təminatı: əmlak sığortası və onun sığorta bazarında potensialı
- Kənd təsərrüfatı sığortasında dövlət tərəfindən subsidiyalaşdırma və dəstək – regional və beynəlxalq təcrübə
- Sığorta proqramı çərçivəsində Sığorta Daxılının işi – dövlət-özəl tərəfdaşlıq
13:30 – 14:30 Nahar yeməyi
14:30 – 16:30 Konfrans, III hissə
Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları
- Mövcüd həcmlər və alternativ təkrarsığorta bazarı
- Spesifik risklərin təkrarsığortası (texniki risklər, yanacaq-enerji və s.) – dünya təkrarsığorta bazarında cari tendensiyalar və onların Qafqaz regionunda tətbiqi
16:30 – 18:00 Fasilə
15:00 – 18:00 İkitərəfli görüşlər
20:00 – 22:00 Rəsmi qəbul
Cümə, 3 iyul
10:00 – 13:30
Seminar
Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar
- Yaşıl Kart beynəlxalq sistemi – avropa ölkələrinin tələbləri və təcrübəsi
- Avtomobil sığortasında zərərin qiymətləndirilməsi üsulları
- Birbaşa tənzimləmə sistemi
- Avtomobil sığortasında informasiya texnologiyalarının effektiv tətbiqi
- Sığortalanmamış avtomobillərin sayının azaldılması üsulları
10:00 – 13:30
Seminar - Bank sığortası və həyat sığortası
- Standart sığorta şəhadətnamələrinin bank nümayəndəliklərində satışı və ya banklarla əməkdaşlıq nəticəsində kompleks/fərdi sığorta məhsullarının hazırlanması və satışı
- Bank sığortası sahəsində müvəffəqiyyətin əsas amilləri
- Məhsulun fərdi hazırlanması və bazarın həyat sığortası üzrə seqmentasiyası
- Müştərilrin maliyyə savadının yüksəldilməsi– həyat sığortaçılarının vəzifələrindən biri
11:30 – 12:00 Fasilə
13:30 – 14:30 Nahar yeməyi
10:00 – 18:00 İkitərəfli görüşlər
19:00 – 24:00 Xüsusi Gecə
- Şam yeməyi
- Sığortaçılar üçün təşkil olunan Avropa Oyunları
Təşkilatçı əvvəlcədən xəbərdarlıq etmədən Forumun proqramına dəyişiklik etmək hüququna malikdir. Hər hansı dəyişikliklə bağlı məlumat qısa müddət ərzində nəzərinizə çatdıralacaqdır.