“AtaBank”ın “Nəsimi” filialı yeni ünvanda | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“AtaBank”ın “Nəsimi” filialı yeni ünvanda

Müştərilərə daha çevik və rahat xidmət göstərmək məqsədi ilə "AtaBank"-ın paytaxtdakı "Nəsimi" filialı yeni ünvana köçüb. Bundan belə bank filialı müştəriləri bu ünvanda qəbul edəcək: 
Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsi.
Telefon: 440-08-12; 440-07-19 / 95 

Faks: 440-08-43

Qeyd edək ki,filialda fiziki şəxslərə istehlak kreditlərinin verilməsi, əmanətlərin qəbulu, depozit seyflərinin icarəsi, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif xidmətlər daxildir.
Filialın yeni inzibati bina ilə təmin edilməsi əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması və eləcə də, bankın müştərilərinə daha geniş şəraitdə xidmət olunması məqsədi daşıyır.

"AtaBank"-ın  "Nəsimi" filialı bazar ertəsindən cümə gününə kimi saat 09:00-dan 17:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir.

Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir."AtaBank"-ın yeni "Nəsimi" filialı müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.