“AtaBank” ASC-nin 2014-cü ilin sentyabr ayının maliyyə nəticələri uğurlu olmuşdur. Belə ki, 2013-ci ilin sonu ilə müqayisədə aktivlər 22,3 % və ya 83,8 mln. manat artaraq 458,7 mln. manat olmuşdur.
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də əhəmiyyətli dərəcədə artım olmuşdur. Ümumi kredit portfeli 39,1% və ya 94,4 mln. manat artaraq 336,1 mln. manat təşkil etmişdir.
Hesabat tarixinə bankın depozit portfelində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 31,6% və ya 77 mln. manat artaraq, 321,1 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2013-ci ilin sonunda bu göstərici 244,1 mln. manat təşkil etmişdir.
2013-ci ilin sonu ilə müqayisədə nizamnamə kapitalı 18,7 % və ya 7,0 mln. manat artaraq 44,5 mln. manat olmuşdur.
Ölkə iqtisadiyyatının inkişafına daim dəstək olan “AtaBank” ASC cari ildə real sektorun maliyyələşdirilməsini prioritet istiqamət olaraq seçmişdir. Bunun nəticəsidir ki, 2014-cü ilin III rübünün sonuna hüquqi şəxslərə verilmiş kreditlərin həcmi 199,1 mln. manat təşkil etmişdir. Qeyd etmək lazımdır ki, hal-hazırda bankın kredit portfelində hüquqi şəxslərin xüsusi çəkisi 59,2% təşkil edir. Bu isə 2013-cü ilin sonu ilə müqayisədə 29,0% artım deməkdir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.