ALBALI KİMLƏRƏ QAZANDIRDI? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ALBALI KİMLƏRƏ QAZANDIRDI?

Unibank-ın ALBALI kart sahibləri üçün  keçirdiyi  “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri  məlum oldu. Münsiflər heyəti tərəfindən elekton seçmə üsulu ilə seçilən 35 qalibdən 25-i 100 AZN, 5 nəfər 500 AZN, 5 qalib isə 1000 AZN pul mükafatına sahib oldular. Ümumilikdə, uduş tirajı 1 mln. 300 min şans üzrə keçirilib.Qaliblərin siyahısı http://www.unibank.az/az/about-bank/news/216/  saytında və  “525-ci qəzet”in bu günkü sayında dərc olunub.

Qeyd edək ki, oktyabrın 24-dən  dekabrın 31-dək davam edən lotereya oyunu müddətində ALBALI kartı ilə (o cümlədən 28 Mall ALBALI kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəs lotereyada iştirak edib. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilib (28 Mall ALBALI ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndirilib).

Hər gün minlərlə vətəndaş, ölkənin 1000-dən artıq mağaza, supermarket və  ticarət mərkəzlərində ALBALI kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını  bankın istənilən filialından pulsuz almaq  mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?

ALBALI – çox-çox sərfəli kart.

Unibank – hər kəsin bankı