Nağdsız hesablaşmalarıasanlaşdırmaq üçün Bank yeni imkanlar yaradır
Daim sahibkarlara dəstək olan AccessBank, nağdsız hesablaşmalarla bağlı yeni tələbləri nəzərə alaraq iş adamlarının ehtiyaclarına uyğunözəl təkliflər təqdim edir.Butəkliflər həm fərdi sahibkarların, həmdə hüquqişəxslərin biznesinin aparılmasını əhəmiyyətli dərəcədəasanlaşdıracaq.
“Biznesə 5D“adlı xüsusi təklifdən yararlanan müştərilər ümumilikdə 5 məhsul və xidməti pulsuz əldə edəcəklər:
- Cari hesablar
- Əməkhaqqı Layihələri
- Müştərinin VÖEN hesabına bağlı Biznes Kart
- Pos-terminal
- Onlayn bankinq
Bu xidmətləri istifadə etməkləiş adamları banka gəlmədən 24/7 rejimində rahatlıqla nağdsız əməliyyatlarını həyata keçirə bilərlər. AccessBank fəaliyyətinin prioritet istiqamətlərindən biri olan korporativ bankçılığı daha da inkişaf etdirmək məqsədilə yaxın gələcəkdəyeni məhsul və xidmətlər təqdim edəcək.
Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.